Günəşə ən yaxın məsafədə olan “Proxima Centauri” ulduzunun orbitindəki “Proxima b” planetinin həyat üçün əlverişsiz olduğu məlum olub.

“Ölkə.Az” xəbər verir ki, alimlər planetddə canı həyat üçün əlverişli olan atmosfer şərtlərinin yaranmasının mümkünsüz olduğunu bildiriblər.

NASA araştırmaçılarının məlumatına əsasən Yerdən 7 işıq ili məsafədə yerləşən “Proxima b” planetinin orbitindəki qırmızı cücə ulduzlardan yayılan gücül radiasiya səbəbindən canlı həyatın yaranması üçün lazım olan atmosfer ola bilməz.

Alimlər həm də qeyd ediblər ki, planetin qırmızı cücə ulduzuna qədər olan məsafəsi onun üzərində su tapıla bilmə ehtimalını gücləndirir. Amma “Proxima Centauri”dən yayılan güclü radiasiya atmosfer qazlarının tutulmasına mane olur.

Yüksək enerjili ifrat ultra-bənövşəyi şüalanma atmosfer qazlarını ionlaşdırı. Onlar isə elektronlarının boşaldaraq elektrik yüklü parçaları sərbəst buraxırlar. Sərbəst qalan parçalar isə planetin cazibə qüvvəsindən qurtularaq kosmosa yayılırlar. Şüalanma hidrogen, oksigen və nitrogen kimi molekullu qazları planetdən qopararaq atmosferin yaranmasına mane olur.