Fərhad Çağtürk/ Berlin- Almaniya 5 milyon avtomobili geri çağırır. AzEuroNews.com-un məlumatına görə, buna səbəb dizel skandalıdır. Belə ki, paytaxt Berlində keçirilən və federal hökumət üzvləri ilə yanaşı məşhur alman avtomobil istehsalçılarının qatıldığı toplantıda qərara alınıb ki,  5 milyon avtomobil geri çağırılsın və onların proqram təminatı yenilənsin. Geri çağırılma yalnız “Avro 5” və “Avro 6” normasına aid dizel motorlu avtomobillərə şamil ediləcək.

Məlumata görə,  hazırda Almaniyada “Avro 5” və “Avro 6”  standartına sahib 8.6 milyon avtomobil var. Geri çağırılan avtomobillərin 2.5 milyonunun proqram yeniləməsi “Volkswagen” şirkəti tərəfindən ediləcək. Bütün xərclər isə, avtomobil istehsalçıları tərəfindən ödəniləcək. Eyni zamanda vurğulanıb ki, proqram yeniləməsi avtomobilin digər texniki göstəricilərinə və yanacaq sərfiyyatına heç bir təsir göstərməyəcək.