Yeni mövsümün ən iddialı seriallarından olan “Fatih”in hazırlıqları davam edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialda  Fatih Sultan Mehmeti Kənan İmirzalıoğlunun canlandıracağı dəqiqləşib.

Digər rollardan birində isə Çetin Tekindor olacaq.

Yeni iddiaya görə isə Kənanın tərəf müqabili Cansu Dərə olacaq. Onlar “Ezel” serialından sonra yenidən bir araya gələ bilərlər.