Türkiyənin məşhur “Pana Film” şirkəti “Kurtlar Vadisi”ni yenidən ekranlara qaytarır.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Pana Film”in yeni layihəsi olan “Kurtlar Vadisi Vatan”ın ilk videosu da tamaşaçılara nümayiş etdilib. Film bu il sentyabrın 29-da kinoteatrlarda göstəriləcək.
Baş rolda əvvəlki kimi Necati Şaşmaz oynayır. “Pana Film” şirkəti bəyan edib ki,2018-ci ilin əvvəlində “Kurtlar Vadisi Xaos” adlı serialın nümayişinə başlayacaqlar.