İstanbul Baş Prokurorluğu “Kanal D”də yayımlanan “Çocuklar duymasın” haqqında araşdırmalara başladıqdan sonra seriala daha bir zərbə də Türkiyə Radio və Televiziya (RTÜK) qurumundan gəlib.

“Qafqazinfo” xəbər verir ki, RTÜK seriala “terroru tərifləmək” ittihamı ilə pul cəzası kəsib.

Belə ki, qurum “Çocuklar duymasın”ı 800 min (384 min 880 manat) TL cərimə edib. Bu barədə RTÜK-ün bu gün keçirilən iclasında qərar verilib.