Hacıkənd qəsəbəsində XIX əsrə aid tikililər bərpa olunacaq.

AzEuroNews AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncənin turizm potensialı ilə seçilən Hacıkənd qəsəbəsində XIX əsrə aid dörd tarixi abidə – Qubernator evi, Qubernator dəftərxanası, Forer qardaşlarının evi və rus pravoslav kilsəsi bərpa olunacaq.

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yerləşən tikililər XIX əsrin yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınıb. Ona görə də həmin abidələrin bərpasına və qorunmasına ehtiyac var.

Qeyd olunub ki, bu vaxta kimi baxımsız və qəzalı vəziyyətdə olan tarixi tikililər bərpa olunduqdan sonra həmin binalardan kitabxana və muzey kimi istifadə edilə bilər. Həmçinin iki əsrin yadigarı olan tikililərin əvvəlki görkəminə qaytarılması Hacıkənd qəsəbəsinin füsunkar təbiəti ilə yanaşı, onun tarixi abidələrini görmək istəyən turistlərin marağını çəkəcək.

http://video.azertag.az/video/54460

 

_1501829533 _1501829550