Fərhad Çağtürk/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində daha bir ilkə imza atılıb.  AzEuroNews.com-un məlumatına görə, şəhərin mərkəzində tikiləcək əyləncə çarxına eyni anda 1400 nəfər minə biləcək. 210 metr hündürlündə olacaq atraksionun adı “Ain Dubai” olacaq. 48 dəqiqəyə tam dövr edəcək əyləncə çarxı ərəblərə 208 Funt Sterlinqə başa gələcək.

Capture

Məlumat üçün qeyd edək ki, dünyada  bu gündürlükdə və bu tutuma sahib ikinci bir əyləncə çarxı yoxdur. 2000-ci ildə İngiltərənin paytaxtında açılan “London Eye”nin hündürlüyü 135 metr, tutumu isə, 800 sərnişindir. “London Eye” tam dövrəni yarım saata başa vurur. İngilislər bu nəhəng çarxa 70 milyon Funt Sterlinq xərcləyiblər.