Alovlar arasında insan

ABŞ tərəfindən genişmiqyaslı sanksiyalara məruz qalan Şimali Koreyanın son raket sınağı zamanı çəkilən görüntü dünyanı qarışdırıb. Görüntülər ballistik sınaqlar zamanı canlı insanlardan istirfadə edilməsi iddiasının meydana çıxmasına səbəb olub.

Heç bir sanksiya və qadağaya məhəl qoymadan müntəzəm olaraq ballistik raketlərini sınaqdan keçirən Şimali Koreya yanan sığınacaqdakı insan fiquruna görə tənqid hədəfi olub.

Görüntülər bir neçə gün “göy üzünün qoruyucusu” mənasına gələn “Xuanwu” adlı ballistik raketin sınağı zamanı çəkilib. Raketin bir mağaradakı sığınacağı vurduğu və oranın alovlandığı görünür. Alovlar arasında isə insan fiquru açıq-aydın seçilir.

Bəziləri raketin dağıdıcı qüvvəsini göstərmək üçün canlı insandan istifadə edildiyini deyir. Bəziləri isə onun cansız maniken olduğunu idda edir.

Raket poliqonun işçiləri arasında ölənin olub-olmadığı isə bəlli deyil.