Müğənni Vəfa Şərifova “Yalvarma” adlı klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, sözləri Elçin Məhərrəmova, musiqisi Dj Roşkaya məxsus mahnını rejissor Rövşən Nəzərli ekranlaşdırıb. Gürcüstanda çəkilən klipin sujet xətti xəyanətdən bəhs edir.

Klipdə V.Şərifova ilə yanaşı mahnının musiqi müəllifi və klipin ideya müəllifi Dj Roşka da çəkilib.

Vəfanı klipdə gürcüstanlı rəqqasə xanımlar müşayiət edib. Çəkiliş açıq havada aparıldığından Vəfa sadə geyimlərdən istifadə edib.