Fərhad Çağtürk/ Berlin- Türkiyədə həbsdə olan  jurnalist Dəniz Yücel üçün çalışdığı “Die Welt” qəzeti Avropa İnsan Haqları Məhkəməsinə (AİHM)  müraciət edib.

” WeltN24 GmbH” tərəfindən  AİHM edilən müraciətdə vurğulayıb ki,  əməkdaşları Dəniz Yücel 173 gündür ki, haqsız olaraq həbsdə saxlanılır.

“Onun mətbuat azadlığı və informasiya hazırlamaq haqqı əlindən alınıb. Dəniz Yücel dərhal sərbəst buraxılmalıdır” deyə AİHM-ə edilən müraciətdə vurğulanıb.

“WeltN24 GmbH” adından açıqlma verən Stephanie Caspar bildirib ki, D.Yücelin azadlığa çıxması üçün hüquqi bütün yollara baş vuracaqlar.

Xatırladaq ki, Türkiyə əsilli alman jurnalisti Dəniz Yücel İstanbulda həbs edilib.  O, terror təşkilatında iştirak etməkdə, məlumatlardan qanuna zidd şəkildə istifadə etməkdə və terrorizmi təbliğ etməkdə şübhəli bilinir. Almaniya kansleri Angela Merkel rəsmi Ankaradan jurnalistin azad edilməsini tələb edib.   Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, öz növbəsində,  Dəniz Yucelin Almaniyanın casusu olduğunu bildirib.