“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və qardaşı Azər Ayxana ağır itki üz verib. AzEuroNews.com-un məlumatına görə, Rauf Arifoğlunun atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, A. Abbasov 1940-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. O, uzun illər müəllim kimi fəaliyyət göstərib.

A. Abbasov bu gün Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq.

AzEuroNews.com kollektivi həmkarımız Rauf Arifoğlu və Azər Ayxan qardaşlarına atalarının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. ALLAH RƏHMƏT ELƏSİN!!!