Məşhur “Shameless” serialının türk versiyasının ilk videosu yayımlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hazal Kaya, Burak Dəniz, Reha Özcanın baş rollarda olduğu ekran işi Fox TV-də yayımlanacaq.

Lakin treylerin yayımlanmasından sonra orijinal “Shameless”in baş qəhrəmanını canlandıran Emmi Rossum Tvitterdə videonu paylaşaraq lağa qoyurmuş kimi şərh yazıb:

“Bu, Türkiyədəki Fiona və Cimmidir? Bu da Liam və sınıq paltaryuyan maşın?”.

O, bununla “Bizim hikaye”nin “Shameless”i təkrarlamasına diqqət çəkib.

H.Kaya da Emminin tvitinə “Bəli, bizik. İstanbuldan” yazaraq cavabını vermiş olub.

Lakin treylerə olan etirazlar Türkiyədə daha çox olub. Belə ki, “Shameless” fanatları serialın əslində komediya və dram janrında olduğunu əsas gətirərək “Bizim hikaye”nin ağır ab-havasını sevmədiklərini yazıblar. Hətta YouTube-da videonu bəyənməyənlərin sayı çoxluq təşkil edir.

“Shameless”