İmişlidə 25 yaşlı gənc suda boğulub. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 25 yaşlı Elvin Nağıyev sərinləmək üçün həmin ərazidən keçən Əzizbəyov su kanalına baş vurub. O, suda bataraq boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb olunub. Artıq iki gündür ki, oğlanın meyiti tapmaq məqsədi ilə dalğıc xiasediciləri tərəfindən axtarış aparılır. Hələ ki, gəncin meyitini tapmaq mümkün olmayıb.