Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub. AzEuroNews.com “Report”un Qərb bürosuna istinadən  xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən bura mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. O, həkimlər tərəfindən əməliyyat olunub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

1