ABŞ-ın HBO kabel televiziyasına haker hücumunun əks-sədası davam edir. Hakerlərin əsas hədəfi məşhur “Taxt oyunları” (“Game of Thrones”) serialı olub. Onlar artıq serialın 4-cü bölümünü və 5-ci bölümünün ssenarisini internetə sızdırıblar.

İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, hakerlər serial ulduzlarının şəxsi məlumatlarını da ələ keçirib. Artıq bəzi məlumatlar – məsələn, Piter Dinkleyc, Lina Hedi və Emiliya Klarkın telefon nömrələri, elektron poçt ünvanları internetdə yayılıb. Hakerlər HBO kanalından böyük məbləğdə pul tələb edirlər. Əks halda, onlar daha çox material, o cümlədən hələ yayımlanmamış serialların epizodlarını, konfidensial korporativ məlumatları yayacaqlarını bildirirlər.

HBO rəhbərliyi isə polis və kibertəhlükəsizlik üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində təhqiqat aparıldığını açıqlayıb.