Fərhad Çağtürk/ Zaqatala- Zaqatalada qardaş yaşlı bacısını bıçaqlayıb. AzEuroNews.com-un məlumatına görə, xoşbəxtlikdən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Hadisə gecə saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini Rahilə Canımova yaşadığı ünvanda qardaşı Famil Canımovla mübahisə edib. Mübahisə zamanı Famil Canımov bıçaqla bacısına çoxsaylı xəsarətlər yetirib. Dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Rahilə Canımova bədənin çoxsaylı bıçaq yarası xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

3f79cef8-68b4-4b85-b28e-692101174251 f8992797-09ae-421f-93a2-c4f554c0c0ca