Fərhad Çağtürk/ 4 nəfərə dodaq dolğusu və botoks edən Azərbaycan Tibb Universitetinin məzunu saxlanıldığı təcridxandan qaçıb. AzEuroNews.com-un məlumatına görə, Adanadakı 3 saylı təcridxanda saxlanılan Soner G.- nin avqustun 1-də keçirilən məhkəməsi zamanı botoks əməliyyatına görə, günahsız olduğu sübuta yetirilmişdi. Lakin, elə həmin məhkəmə zamanı məlum olmuşdu ki, o bir neçə oğurluq faktında şübhəli bilinir. Araşdırmaların aparılması üçün Azərbaycan Tibb Universitetinin məzunu Soner G. məhkəmə zalından birbaşa Adanadakı 3 saylı təxridxanaya köçürülümüşdü.

Azərbaycan Tibb Universitetinin məzunu Soner G.
Azərbaycan Tibb Universitetinin məzunu Soner G.

Xatırladaq ki, prokuror Türkiyədə “dodaq” qalmaqalına səbəb olan Azərbaycan Tibb Universitetinin məzununa 17 il həbs cəzası istəmişdi.