Rejissor Atom Egoyanın həyat yoldaşı, aktrisa Arsina Xandcyan Ermənistanda tüğyan edən qanunsuzluqlardan dəhşətə gəlib.

Məlumata görə, Arsina Xandcyan Xorenatsi küçəsində etiraz aksiyası zamanı saxlanılan fəallar arasında olub.

Aktrisa daha öncə Ermənistanda bu cür qanunsuzluqların olduğunu, insan hüquqlarının kobud şəkildə pozulduğunu təsəvvür etmədiyini deyib:

“Mən Kanadaya geri dönəcəyəm və əlimdən gələni edəcəyəm ki, diaspora əsl həqiqəti, burada nələrin baş verdiyini və İrəvanın onları uzun illər ərzində necə aldatdığını bilsin. Bütün diaspora Ermənistanda Sarkisyan rejiminin nə oyunlardan çıxdığını bilməlidir. O, getməlidir!”, – deyə Arsina Xandcyan qətiyyətlə bəyan edib.