Bu gecə Yer kürəsində meteorit yağışı müşahidə ediləcək.

Report-un məlumatına görə, bu nadir təbiət hadisəsi Perseida meteor axını adlanır.

Meteorit yağışını avqustun 12-dən 13-ə keçən gecə daha aydın görmək mümkün olacaq. Buludsuz hava və aydın səma zamanı göydə saatda 50-yə qədər meteorit görmək mümkün olacaq.