Fərhad Çağtürk/ Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

84ff7133-662f-41ad-ad40-924483a1ce16