Fərhad Çağtürk/ Beynəlxalq araşdırma şirkəti olan “Gallup” insanların özlərini təhlükəli və təhlükəsiz hiss etdiyi ölkələrin siyahısını açıqlayıb.  AzEuroNews.com-un məlumatına görə, ölkə və bölgələrin təhlükəsizlik, qanun və nizam-intizam kimi bir neçə kateqoriya üzrə dərəcələndirilən anket üzrə 135 ölkədə sorğu keçirilib.

Mərkəzi ofisi Vaşinqtonda olan “Gallup”un araşdırmasına görə,  Türkiyə təhlükəsizliyə görə 100 xaldan 80 xalla qiymətləndirilib.

singapore-2259501_960_720

 

 

 

Dünyanın ən təhlükəsiz ölkəsinə gəlincə isə, bu 97 xalla Sinqapurdur. Sinqapuru  95 xalla Özbəkistan, 92 xalla İslandiya izləyib.

Siyahıda ikinci yerdə Özbəkistanın olması təəcüb doğurub. “Gallup”un açıqlamasında deyilir ki, bu ölkədə keçirilən sorğu zamanı insanlar son bir ildə hücuma və ya hər hansı bir təzyiqə məruz qalmadıqlarını bildiriblər.

“Gallup” bəzi ölkələrdə asayişin “polis dövləti” hesabına təmin edildiyini və azadlıqların olmadığını açıqlayıb. Həmin dövlətlər bunlardır:  Almanya 87 xal, İran 85 xal, Belçika 82 xal, Fransa 80 xal, İraq 77 xal, Rusiya 74 xal, Ukrayna 68 xal.

Dünyanın ən təhlükəli ölkəsinə gəlincə bu 85 xalla Venesueladır. Onu Boliviya, Qabon, Cənubi Afrika Cumhuriyyəti, El-Salvador və Liviya izləyir.