Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) “Dünya güzellerim”i yayımdan qaldırıb.

Veriliş 5-ci bölümündən sonra ekranlarda olmayacaq. Bülent Ersoy, Banu Alkan, Safiye Soyman və Burcu Esmersoyun yer aldığı “Dünya güzellerim”in yayımının dayandırılmasına səbəb proqramda etik çərçivəni aşan dialoqlara yer verilməsi və Bülentlə Banunun dalaşması olub.

Buna görə hətta “Show” TV 450 min lirə (təxminən 225 min manat) cərimə olunmuşdu. Lakin RTÜK bununla kifayətlənməyərək proqramın ümumiyyətlə dayandırılmasını tələb edib.