Boşanma ərəfəsində olan müğənni Murad Dalkılıçla aktrisa Merve Boluğur arasında gərginlik bitmir.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Murad Çeşmədə konsert verərkən Merve yaxın rəfiqəsi Dilara Öztunçla yaxta gəzintisinə çıxıb. Həyat yoldaşının konsertinə getməyən aktrisa dəniz səyahəti zamanı çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Boluğurun bununla Dalkılıça sitəm etdiyi deyilir.

Fotolarda Mervenin əhvalının yüksək olması diqqətdən qaçmayıb.

merve-azeuro-2 merve-azeuro-3