Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcısı vurulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda “Sky News Arabia” televiziyası məlumat yayıb.

İnformasiyaya əsasən, hərbi təyyarənin pilotu silahlılar tərəfindən tutulub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.