2016/2017 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qalib olmaq uğrunda 3 oyunçu mübarizə aparacaq.

Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştianu Ronaldudur.

Qalibin adı avqustun 24-də Monakoda keçiriləcək Çempinr Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Qeyd edək ki, 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu seçilib.