“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparatı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi postundan istefa verən Tofiq Heydərov “feysbuk” hesabından məlumat verib.

Onun sözlərinə görə Anastasiya İbrahimli və Hafiz Süleymanov kiminsə oyununa alət olaraq dopinqə yaxalanıblar.

“Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu”.