Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı “Türkiyə Hava Yolları”nın törəmə strukturu “Turkish Ground Services” şirkətinin 78 əməkdaşı işdən azad edilib.

Hürriyet xəbər verir ki, həmin şəxslər barədə araşdırma aparılacaq.

Bundan başqa Ankarada keçirilən əməliyyat nəticəsində 74 polis saxlanılıb. Onların arasında Ankara polisinin sabiq rəisləri, eləcə də adları hələ ki açıqlanmayan digər yüksək vəzifəli şəxslər var.