Aparıcı Səma Camal “Xəzər” telekanalından çıxıb.

Axşam.az-ın məlumatına görə, o, rəhbərliyin qərarı ilə işdən uzaqlaşdırılıb.

Səma əməkdaşımızla söhbətində bildirib ki, buna səbəb verilişinin vaxtının qısaldılması olub:

“Başqa iki kanaldan təklif almışam. Onlardan birini dəyərləndirəcəm”.

Qeyd edək ki, S.Camal “Nuş olsun” proqramına aparıcılıq edirdi.