Bakıda Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında dava olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Ədliyyə NazirliyiPenitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Məhkumlar arasında baş verən davada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.