Çində rəsmi olaraq ilk internet-məhkəmə açılıb.

Trend-in məlumatına görə, ilk internet-məhkəmənin rəsmi açılış mərasimində ölkənin yüksək rütbəli rəsmi şəxsləri iştirak ediblər.

Məhkəmə elektron ticarətdə dələduzluq, elektron qaydada bağlanmış iş müqavilələri, internetdə müəlliflik hüquqlarının pozulması və s. bu kimi məsələlərlə bağlı işlərə baxacaq.