Fərhad ÇAĞTÜRK/ İspaniyada növbəti terror aktı törətmək hazırlığında olan 5 terrorist öldürülüb. AzEuroNews.com-un məlumatına görə, Barselonada 13 nəfəron ölümü, 32 nəfərin ağır yaralanması ilə nəticələnən terror aktından sonra İspaniya polisi ölkə böyük əməliyyatlara başlamışdı. Nəhayət polis bu səhər qaz balonu ilə partlayış törətmək hazırlığında olan 5 terroristi güllələyərək zərəsizləşdirə bilib.

İspaniya mətbuatının yazdığına görə, terroristlər polisə tabe olmamaq üçün silahlı müqavimət göstəriblər. Bu zaman 5-i mülki, biri polis olmaqla 6 nəfər yaralanıb.

Hazırda İspaniya polisi öldürülən terroristlərin Barselonadakı terror aktı ilə əlaqəli olub-olmadıqlarını araşdırır.

cambrils_8966 cambrils_2672