“Faytonçu” ləqəbli müğənni Nazim Pişiyarinin ölüm xəbəri yayılmışdı.

Axşam.az-ın məlumatına görə, ifaçı İnstaqram səhifəsində video paylaşaraq xəbərin yalan olduğunu bildirib.

“Videonu paylaşmağa məcbur oldum. Sağ-salamatam. Reabilitasiyam gedir, yaxşıyam, ayaq üstəyəm. Yaşamaq eşqim var. Qarşıda tədbirlər, toylar, yeni mahnılar olacaq” deyə, Nazim söyləyib.

Qeyd edək ki, Nazim Türkiyədə öd kisəsindən əməliyyat olunub. İfaçı hədsiz çəki itirməsi ilə gündəmə gəlib.

[youtube https://www.youtube.com/watch?v=c0NT9AaWnMU]