Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bazar ertəsi axşamı ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq.

AzEuronews.com xəbər verir ki, bu barədə Report RİA “Novosti”yə istinadən məlumat verir.

Məlumata əsasən, müraciət Əfqanıstan və Cənubi Asiyadakı vəziyyətlə əlaqədar olacaq.

Qeyd olunur ki, ABŞ prezidenti ölkəsinin Əfqanıstandakı münaqişəyə cəlb olunması ilə bağlı bəyanat verəcək.