“Whatsapp”a kompüterdən daxil olan istifadəçilər artıq status yeniləmələrini görə, statusu dəyişə biləcəklər. Artıq bunun üçün telefon lazım deyil.

Oxu.Az Türkiyə mətbuatına istinadən bildirir ki, yenilik sayəsində istifadəçilərin dostlarının paylaşdığı foto və videoları görməsi, “WhatsApp Web”də video, şəkil yükləməsi mümkün olacaq.

Qeyd edək ki, proqram təkcə “WhatsApp Web” brauzerində mövcuddur. “Windows” və “MacOS” proqramlarını dəstəkləmir.