Tanınmış teleaparıcı Çiçəyin  (Şəhla Vakkas) Xəzər TV-dən ayrılmağı barədə xəbər yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iddia olunur ki, o, yeni sezonda sözügedən kanalın efirində olmayacaq. 

Teleaparıcı həmçinin televiziyanın mövsüm çəkilişlərində iştirak etməyib.

“Qafqazinfo”  mövzu ilə bağlı  “Xəzər”in  musiqi departamentinin rəhbəri Kənan Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi məlumatı təkzib edib:

“Şəhla xanım hələ də Xəzər TV-nin əməkdaşıdır və Araz FM-in rəhbəridir. Sadəcə olaraq aparıcılıq etdiyi proqramlar bağlanıb”.

Ş. Vakkas isə saytımıza açıqlamasında efirdən getməsinin səbəbini radiodakı işləri ilə bağlı olduğunu bildirib:

“Radionun hazırda rəhbəri olaraq qalıram. Amma kanalda yayımlanan iki verilişin bağlanmağı sual altındadır. Bu mənim radiodakı işimlə bağlıdır, çatdıra bilmirəm. Beynimdə düşünürəm ki, davam edə biləcəm, ya yox.

Proqramlar radiodakı rəhbər vəzifəmə təsir edir. İki verilişdən birini, ən azından “Şans mələyi”ni davam etmək istəyirəm. Çünki, bu layihənin savabı çoxdur, insanlara yardım göstəririk”.