Almaniyadan sığınacaq istəyən qaçqın və miqrantların 59%-i ölkələrində orta məktəbə getməyib. AzEuroNews.com Avropost.com-a istinadən  xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsindən (BAMF) məlumat verilib.  Federal idarənin məlumatında qeyd olunub ki, həmin qaçqın və miqrantların Almaniyadakı mövcud əmək bazarında özlərinə iş tapmaları çəıtin olacaq.

“500 min qaçqın və miqrant arasında keçirilən sorğu zamanı onlardan 25%-i təhsilləri ilə bağlı məlumar verməyib.  59 %-i isə, orta məktəbə getməyib. Bu isə, gələcəkdə onlar üçün çətinliklər yaradacaq” deyə BAMF-dan verilən məlumatda qeyd olunur.