Smartfonun şüşəsi dəyişdirildikdən sonra onun sahibini izləmək mümkündür.
“AzEuroNews.com” lent.az-a istinadən xəbər verir ki, bunu İsrail mütəxəssisləri müəyyən edib. Onların fikrincə, yeni üsuldan mobil cihazı təmirə almış xidmət mərkəzlərinin pis niyyətli əməkdaşları yararlana bilər.
Yeni üsulun mahiyyəti ondan ibarətdir ki, cihazın yeni ekranına kiçik bir çip yerləşdirilir və nəticədə telefon sahibinin getdiyi yerləri izləmək mümkün olur. Artıq bu üsul “Nexus 6P” smartfonunda və “LG G Pad 7.0“ planşetində sınaqdan keçirilib. Belə ki, mütəxəssislər cihazların ekranını çıxararaq ona çip qoşublar. Zərərverici əmrləri göndərmək üçün isə “Arduino” platformasında istifadə edilib. Nəticədə ekran vasitəsilə istənilən düyməni basa bilən, parolları yazmağa bacaran, ziyanverici əlavələr yükləyib, məlumatları cinayətkarlara göndərən sistem yaradılıb.
Alimlər hesab edirlər ki, bu cür manipulyasiyaları nəinki “Android” cihazlarla, həmçinin iOS platformasında çalışan cihazlarla da həyata keçirmək mümkündür.