Keçən həftəsonunu fotoqraf dostum Fəxri ilə ailəlikcə Şəki-Qax-İlisu istiqamətində keçirməyi qərara aldıq. Əsas ideya İlisu üzərində qurulduğu üçün həftənin əvvəlindən İlisuda gecələmək üçün yer axtarırdıq, nə isə sonunda qərara aldıq ki, Şəkidə gecələyək. Nisbətən uyğun qiymətə Karvansaray idi (2 nəfərlik sadə otaq 30 AZN). Amma orda yer olmadığı üçün səfərə 1 gün qalmış gecə airbnb.com və booking.com-la axtarışlara başladıq.

Karvansaray
Karvansaray

İlk dəfə idi ki, Azərbaycanda hansısa saytdan gecələmək üçün yer bron edəcəkdim. Uzun sözün qısası, Aşıq Cümə küçəsi 8 ünvanında olan evi (https://goo.gl/zAJfpQ) seçdik, iki otaq üçün 45 AZN yazılmışdı, səhər yeməyi də daxil idi. Ev sahibi artıq biz yolda olanda zəng elədi bizə, görüş yerini izah elədi. Yolda yenə bir iki dəfə zəng elədi. Getdik çatdıq Şəkiyə, Ramin (ev sahibi) bizi qarşıladı və evə apardı. Bron etdiyimiz yerdə sıxlıq olduğu üçün bizi öz evinə apardı, ailəsi ilə tanış elədi və otaqlarımızı göstərdi. Çatan kimi müxtəlif mürəbbə və şirniyyatlarla dolu çay süfrəsi bizi gözləyirdi ???? Artıq gözlədiyimin 200%-i baş verirdi. Ramin əlindən gələni etdi ki, biz razı qalaq. İnsan o qədər gözəl qəlbli, səmimi, yardımçıl idi ki, Türkiyə qonaqpərvərliyi ondan çox şey öyrənə bilərdi.

Kiş Məbədi
Kiş Məbədi

Səhər yeməyi də əla idi. Dostum Fəxri Raminlə birlikdə səhər 7-də samovarı qaynaqmağa başlamışdı. Şəkidə Karvansaray, Xan sarayı, Kiş kəndində olduq, ənənəyə uyğun olaraq “Qaqarin” kafesində piti yedik.  Sevindirici hal idi ki, Xan sarayında çoxlu sayda xarici turistlər var idi. Hətta Koreadan 30 nəfərlik qrup da gəlmişdi. Xan sarayı və Kiş məbədinin girişi böyüklər üçün 2 AZN-dir.

Xan SarayıXan Sarayı

Növbəti gün Qaxa doğru istiqamətləndik, Ramin bizi Şəkinin çıxışına kimi öz maşını ilə müşaiyət elədi. Şəki-Qax yolu çox mənzərəli və rahat yoldur. Yolüstü Əmbərçay kəndində Kürmük kilsəsinə qalxdıq. Olduqca əzəmətli tikilidir. Yolu torpaq örtüklü olduğu üçün, bəzi yerlərini sel kələ-kötür edib və sedan tipli maşınların qalxmağı çətindir. Aşağıdan məbədə qədər təxmini 900 metr yol var. Daha sonra Qum kəndinə getdik. Dağ ətəyində yerləşən bu qədim kənd olduqca gözəl evlərə və bağlara sahibdir, həmçinin Qum bazilikası adlanan qədim tikili də göz oxşayır.

1888-ci ildə inşa olunmuş gürcü kilsəsi
1888-ci ildə inşa olunmuş gürcü kilsəsi
Bazelik məbədi
Bazelik məbədi
Bazelik məbədi
Bazelik məbədi
Kürmük kilsəsi
Kürmük kilsəsi
Kürmük kilsəsi
Kürmük kilsəsi
Kürmük Kilsəsi
Kürmük Kilsəsi

 

Kürmük kilsəsinin qapısı
Kürmük kilsəsinin qapısı

 

Sonra əsas görmək istədiyimiz yerə-İlisuya getdik. İlisu qədim, təbii gözəlliyini qorumuş kənddir. Ulu körpü, Ulu məscid, Səngər bulağı, Sumuq qalası (giriş 1 AZN), İlisu şəlaləsi buranın görməli yerlərindəndir. Tövsiyyə edirəm ki, Səngər bulağından başlayaraq şəlaləyə kimi yolu piyada gəzəsiniz. O zaman bu gözəlliyi daha yaxından görəcəksiniz.

Sumuq qalanın daxili
Sumuq qalanın daxili
Sumuq qala
Sumuq qala
İlisu şəlaləsinə gedən yol
İlisu şəlaləsinə gedən yol
İlisu şəlaləsinə gedən yol
İlisu şəlaləsinə gedən yol
İlisu şəlaləsi
İlisu şəlaləsi
Ulu körpü
Ulu körpü

Fotolar üçün Fəxriyə təşəkkür edirəm.

Oxuduğunuz üçün təşəkkür edirəm, paylaşıb sevindirin məni ????

Azər İsmayıl  Blogger
Azər İsmayıl
Blogger