Fransada hərbi patrula hücum edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Lion şəhərində təqribən 50 yaşında olan kişi “Sentinelle” əməliyyatının parulunda xidmət keçən qadın hərbçiyə hücum çəkərək onu boğmağa çalışıb.

Polis olay yerinə gələrək şübhəli şəxsi saxlayıb, onun cibində tibbi reseptlər tapılıb.

Hücum edən şəxsin böyük ehtimalla psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.