ABŞ-ın Sent-Luis (Missuri ştatı) şəhərində avtomobil insanların üzərinə sürülüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, insident nəticəsində bir neçə insan yüngül xəsarətlər alıb. Xəsarət alanların tibbi yardıma ehtiyacı olmayıb.

Qeyd edək ki, bu cür hadisə ABŞ-da bu ay 2-ci dəfə baş verib. Avqustun 12-də Şarlotsvildə (Virciniya ştatı) avtomobil etiraz aksiyası keçirən kütlənin üzərinə sürülüb. Hadisə nəticəsində 1 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.