Fransa prezidenti Emmanuel Makron üç ay ərzində vizajistin xidmətlərinə görə 26 min avro xərcləyib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, jurnalistlər Makronun 10 min və 16 min avro xərclədiyini təsdiq edən iki hesab tapıblar.

Bildirilir ki, vizajistin adı Nataşadır. O seçki kampaniyası zamanı E. Makronla çalışıb.

Xatırladaq ki, Fransanın keçmiş prezidenti Fransua Olland öz ustasına ayda altı min avro ödəyib. O, həmçinin bərbərə ayda 9895 avro pul verib.