Beynəlxalq Gözəllik Müsabiqəsinin təşkilatçıları Krım əsilli və çoxuşaqlı ana Olqa Palovkovanı Rusiyanı “Kainat gözəli-2017”də təmsil etmək üçün seçiblər.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 37 yaşlı Olqa 4 uşaq tərbiyə edir, onlardan ən kiçiyinin 1 yaşı var.

Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 26 avqust-2 sentyabr tarixlərində Cənubi-Afrika Respublikasının Durban şəhərində keçiriləcək.