Bir çox test nəticəsinə əsaslanaraq 2017-ci ilin ən yaxşı antivirus proqramları siyahıya alınıb.

“AzEuroNews” Technote-yə istinadən xəbər verir ki, üç fərqli kateqoriyada qiymətləndirilən proqramların siyahısı belədir.

“Kaspersky Lab” 2017-ci ilin ən yaxşı antivirus proqramı olaraq edilən bütün testlərdə ilk sıraya yüksəlib.

Siyahıda ödənişli və ödənişsiz proqramlar da yer alır. Ödənişsiz  proqramı istifadə etmək istəyirsinizsə, “Avast”ı ən yaxşı həll yolu kimi seçə bilərsiniz. Amma “Avast”ı seçsəniz, kompüterinizin performansı yavaşlayacaq. “Avast”ın siyahıda geridə qalmasının əsas səbəbi, kompüterlərin performansına təsir etməsidir.