“Samsung” “ağıllı” səsgücləndiricinin yaradılması ilə məşğuldur.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya şirkətindən bildirilib. Şirkət akustika sahəsində dünya liderləri ilə rəqabət aparmağa layiq məhsul istehsal etmək niyyətindədir.

“Samsung”un mühəndisləri “Amazon Echo”, “Google Home”, “Apple HomePod” ilə eyni səviyyədə “ağıllı” səsgücləndiricilər yaratmaq fikrindədirlər. Cənubi koreyalılar bu bazardan ABŞ korporasiyalarını sıxışdırmaq istəyir.

Hazırda intellektual cihazın texniki xüsusiyyətləri sirr saxlanılır. Ancaq yaxın zamanlarda o, rəsmən ictimaiyyətə təqdim ediləcək.

 

Qeyd edək ki, “Samsung” “ağıllı” ev yaratmaq niyyətindədir. Bu konstruksiyada bütün elektron cihazlar biri-biri ilə əlaqədə olacaqlar. Kommunikasiya prosesini asanlaşdıracaq əla vasitələrdən biri “Bixby” səs köməkçisi olacaq. Bu proqram artıq ingilis və Koreya dillərini anlaya bilir.