Azərbaycandan Həccə ziyarətinə gedən zəvvarların növbəti qrup Səudiyyə Ərəbistanına yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) “Report”a verilən məlumata görə, qrupa 360 nəfər daxildir.

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər.

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.