İŞİD terror qruplaşmasının Suriyada sayı 9 mini keçir. Onlar ölkənin mərkəzində və İraqla sərhəd rayonlarda məskunlaşıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi İqor Korobov məlumat verib.

Onun sözlərinə görə, İŞİD liderləri Suriyaya ekspansiya meydanı kimi baxırlar. Belə ki, işğal ərazilərini Yaxın və Orta Şərq, həmçinin digər regionlara doğru genişləndirərək “böyük xilafət” yaratmağı planlaşdırırlar.