Star TV-də yayımlanan “Zühal Topalla” izdivac proqramı artıq yayımlanmayacaq.  “Qafqazinfo” xəbər verir ki, bu barədə kanal rəsmi açıqlamasında bildirilib. 

Qeyd olunub ki, evlilik verilişi yeni mövsümdə tamaşaçı qarşısına çıxmayacaq:

“Star TV izdivac proqramını yayımdan qaldırıb, televiziya gələn ay yeni formatda tamaşaçı qarşısına çıxacaq. Evlilik verilişləri dəfələrlə ictimaiyyət tərəfindən tənqid olunub. Bu həssaslığı əsas tutaraq belə bir qərar qəbul etdik”.

Layihənin aparıcısı Zühal Topal isə fərqli formatda olan bir proqramla efirə çıxacaq.