Fərhad ÇAĞTÜRK/ Türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz Beşiktaşda məşhur hotellərdən birində ölü tapılıb. AzEuroNews.com-un məlumatına görə, Şaşmaz sevgilisi, 55 yaşlı model Filiz Aker tərəfindən öldürülüb. 43 yaşlı sevgilisini belindən güllələyən model daha sonra öz başına atəş açaraq intihar edib.

Polisin ilkin ehtimalına görə, cütlük arasında mübahisə olub. Bu zaman Aker otağı tərk etmək istəyən aktyora 4 dəfə atəş açıb.

Qeyd olunur ki, hotel otağı F. Akerin adına rezervasiya olunub.

asd_146_1 asd_4892 asdasdds_9187