Sentyabrda Azərbaycanın ali dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin görüşəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni kiləsinin mətbuat xidmətinin rəhbəri Vaqran Melikyan deyib.

Görüşün sentybarın 8-də Moskvada baş tutacağı bildirilir. Tərəflər Rusiya patriarxı Kirilin vasitəçiliyi ilə görüşəcəklər.