32 yaşlı futbolçu Kriştiano Ronaldo yeni ailəvi fotosunu paylaşıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, şəkildə futbolçunun uşaqları və hamilə sevgilisi Corcina Rodriqez yer alıb. Ronaldo şəklə “Ailə əhval-ruhiyyəsi” sözlərini yazıb.

Qeyd edək ki, Ronaldonun böyük oğlu Ronaldo balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri doğulub. Corcina Rodriqez isə sentyabrda qız anası olacaq.

ronaldo-azeuro-1